BAKI, 20 dekabr. TELEQRAF
Türkiyədə ötən gün ölkə səmasında iki dron qəzaya uğrayıb.
Teleqraf "Cumhuriyet"ə istinadən xəbər verir ki, qəzaya uğrayan ikinci dron İstanbuldan təxminən üç saatlıq cənub-qərbdə, Balıkesir şəhəri yaxınlığındakı boş bir sahədə tapılıb.
Dron qəzaları Türkiyənin Rusiya-Ukrayna müharibəsinin bölgəyə yayılması riskindən narahatlığını ifadə edəndən sonra baş verib.
Rəsmi Ankara Qara dənizdən təxminən 30 kilometr cənubda, İzmit şəhəri yaxınlığında gəmilərə hücumun arxasında Rusiyanın dayandığını bəyan edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl Qara dənizin Rusiya-Ukrayna qarşıdurması zonasına çevirməyin əleyhinə olduğunu bəyan edib.