BAKI, 20 dekabr. TELEQRAF

ABŞ yaxın bir neçə həftə ərzində Suriyadakı İslam Dövləti (İŞİD) terror qruplaşmasının mövqelərinə zərbələr endirməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, dekabrın 20-də ABŞ Prezidenti Donald Tramp ötən həftə Amerika qoşunlarına edilən hücuma cavab olaraq Suriyadakı terrorçuların mövqelərinə genişmiqyaslı zərbələr endiriləcəyini elan edib.

"Əməliyyatın məqsədi İŞİD-in potensialını bərpa etməyə çalışdığı yerləri və obyektlərini geniş miqyasda məhv etməkdir", - deyə açıqlamada bildirilir.

Dekabrın 13-də Suriyanın Palmira şəhərində İŞİD-ə qarşı əməliyyat zamanı iki ABŞ hərbçisi və bir tərcüməçi öldürülüb, daha üç amerikalı yaralanıb.