BAKI, 3 iyul. TELEQRAF

PSJ İngiltərənin “Bornmut” klubunun mərkəz müdafiəçisi İlya Zabarnıyı transfer etməyə çalışır.

Teleqraf xəbər verir ki, Paris klubu ukraynalı futbolçuya görə ingilislərə iki rəsmi təklif göndərib.

Məlumata görə, Fransa klubu sonuncu təklifində 22 yaşlı futbolçuya görə 60 milyon avro təklif edib.

“Bornmut” PSJ-nin verdiyi məbləğlə razılaşmayıb, klublar arasında danışıqlar davam edir.

Gənc müdafiəçi özü isə Paris klubuna keçməyə hazırdır. İngilis klubu futbolçu üçün 70 milyon avro məbləğində təzminat tələb edir.