BAKI, 2 iyul. TELEQRAF

UEFA Avropa Liqasında "Sabah"ın rəqibi Sloveniyanın "Tsele" klubu futbolçusu Nikita İosifovla müqaviləni uzadıb.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı rusiyalı yarımmüdafiəçi ilə 1 illik yeni anlaşma əldə olunub.

Qeyd edək ki, "Sabah" "Tsele" ilə ilk iyununu iyulun 10-da evdə, cavab görüşünü iyulun 17-də səfərdə keçirəcək.