BAKI. 1 iyul. TELEQRAF

“Sabah” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı dayaq yarımmüdafiəçisi Zinədin Uld Xaledlə 2 illik müqavilə imzalanıb.

Fransanın “Anje” klubunun yetirməsi olan futbolçu karyerası ərzində bu klubun əsas və B komandalarında çıxış edib.