BAKI. 1 iyul. TELEQRAF

ABŞ-da təşkil olunan klublararası dünya çempionatında bu gecə 1/4 final mərhələsinə vəsiqə qazanan son 2 klubun adına aydınlıq gələcək.

Teleqraf xəbər verir ki, bu, 1/8 final mərhələsinin axırıncı 2 qarşılaşmasından sonra bəlli olacaq.

Əvvəlcə İspaniya "Real Madrid"i İtaliya "Yuventus"u ilə görüşəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Gecə saat 05:00-da isə Almaniyanın "Borussiya Dortmund" komandası Meksika təmsilçisi "Monterrey"i sınağa çəkəcək.

Bu oyunların qalibləri 1/4 finalda bir-biri ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl keçirilmiş 1/8 final oyunlarından sonra növbəti mərhələdə Braziliya təmsilçilərindən "Palmeyras"ın İngiltərənin "Çelsi", "Fluminense"nin Səudiyyə Ərəbistanının "Əl Hilal" komandası ilə, Fransa PSJ-sinin isə Almaniya "Bavariya"sı ilə üz-üzə görüşəcəyi məlum olub.