BAKI, 1 iyul. TELEQRAF

“Kilian oyuna təsiri sayəsində artıq liderdir”.

Teleqraf "AS" nəşrinə istinadən xəbər verir ki, bunu "Real Madrid"in baş məşqçisi Xabi Alonso yeni mövsümdə fransalı hücumçu Kilian Mbappedən gözləntiləri ilə bağlı sualı cavablandırarkən deyib.

Baş məşqçi bildirib: “Mənə hər kəsin komanda ideyasına sadiq olması, həm topla, həm də topsuz düzgün rəftarı lazımdır. Bu, bütün oyunçular üçün tələbdir”.