ŞUŞA, 25 iyun. TELEQRAF

"Qarabağ" komandasının Şuşa şəhərində yerli sakinlərlə görüşü keçirilib.

Teleqraf xəbər verir ki, görüşdə Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov və 1 saylı tam orta məktəbin direktoru Səbinə Gözəlova da iştirak edib.

Gözəlova "Qarabağ"ın baş direktoru Emrah Çelikelə xatirə hədiyyəsi təqdim edib.

Öz növbəsində, Çelikel Novruzova komandanın imzalı formasını hədiyyə edib.