BAKI, 24 iyun. TELEQRAF
“Sabah” klubu futbolçusu Namik Ələskərovla yollarını ayırıb.
Teleqraf klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Ələskərov 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, "bayquşlar"ın heyətində 83 (7) oyun keçirib.
Namik Ələskərov “Sabah”da Premyer Liqanın gümüş medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.