BAKI, 10 iyun. TELEQRAF

17 və 19 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında 2025/2026 mövsümü üzrə Avropa çempionatının birinci mərhələsinin püşkü atılıb.

Teleqraf xəbər verir ki, püşk nəticəsində Azərbaycan millilərinin rəqibləri müəyyənləşib.

B Liqasının 1-ci qrupunda yer alan U-17 Uels, Kosovo və Moldova yığmaları ilə mübarizə aparacaq.

B Liqasının 5-ci qrupunda qərarlaşan U-19 isə Sloveniya, Şimali Makedoniya və Gürcüstan seçmələri ilə qarşılaşacaq.

Qeyd edək ki, oyunlar bu ilin payızında keçiriləcək. Turnirin təşkil olunacağı ölkə və tarixlərlə bağlı daha sonra məlumat veriləcək.