BAKI, 17 may. TELEQRAF

"Yaxşı oynadıq, rəqibdən daha çox qol imkanı yaratdıq. Təəssüf ki, onlardan yararlana bilmədik. Nəticədən razı deyiləm".

Teleqraf xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Premyer Liqasının XXXV turunda səfərdə “Zirə” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis Azərbaycan Kubokunun "Qarabağ"la final oyununa fokuslandıqlarını söyləyib: "Oyuna 4-4-2 taktikası ilə hazırlaşırıq. Bütün futbolçular bu matça ciddi yanaşırlar. Premyer Liqanın son turunda “Neftçi” ilə matçda hər hansı futbolçunu qoruya bilərik".

O, finalda hər iki komandanın qələbə istəyində olacağını bildirib: "Əlimizdən gələni edəcəyik ki, qazanan tərəf özümüz olaq. Qalibiyyət bizi UEFA Avropa Liqasına aparacaq".