TOVUZ, 15 mart. TELEQRAF

"Qarabağ" Azərbaycan Premyer Liqasının XXVII turunda səfərdə "Kəpəz"lə qarşılaşıb.

Teleqraf xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən oyunda qapılara qol vurulmayıb - 0:0.

Bununla da Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv xallarının sayını 64-ə çatdıraraq liderliyini daha da möhkəmlədib. Gəncə təmsilçisi 23 xalla 9-cudur.

Turun ilk oyununda "Şamaxı" səfərdə "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə edib. Bu gün keçiriləcək digər görüşdə "Sabah" "Zirə"ni qəbul edəcək.

Qeyd edək ki, tura martın 16-da baş tutacaq "Səbail" - "Neftçi" və "Turan Tovuz" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.