
BAKI, 19 fevral. TELEQRAF
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına bu gün yekun vurulacaq.
Teleqraf xəbər verir ki, son oyun günündə daha 4 qarşılaşma keçiriləcək.
Günün ilk oyununda Almaniyada “Borussiya” Portuqaliya “Sportinq”ini qəbul edəcək. İlk görüşdə səfərdə böyük hesabla qələbə qazanan Dortmund klubu mərhələ adlamağa xeyli yaxındır.
Mərhələnin mərkəzi oyununda “Real Madrid” İngiltərə nəhəngi “Mançester Siti” ilə qarşılaşacaq. Madrid klubu ilk oyunda səfər qələbəsi qazanmaqla üstünlük əldə edib.
“Yuventus” Niderlandda “PSV Eyndhoven”lə qarşılaşacaq. İlk oyunda Turində minimal hesabla qələbə qazanan “Yuve”ni çətin səfər görüşü gözləyir.
İki Fransa klubu – PSJ və “Brest”in oyununda böyük ölçüdə qalib bəllidir. Səfərdə “Brest”i darmadağın edən parislilərin asanlıqla turu keçəcəyi gözlənilir.
Yada salaq ki, ilk oyun günü keçirilən görüşlərdən sonra 1/8 finala vəsiqə qazanan 4 komandanın adı bəlli olub.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
19 fevral
21:45 “Borussiya” (Dortmund, Almaniya) – “Sportinq” (Portuqaliya)
(İlk oyun - 3:0)
00:00 PSJ (Fransa) – “Brest” (Fransa)
(İlk oyun - 3:0)
00:00 “PSV Eyndhoven” (Niderland) – “Yuventus” (İtaliya)
(İlk oyun - 1:2)
00:00 “Real Madrid” (İspaniya) “Mançester Siti” (İngiltərə)
(İlk oyun - 3:2)