BAKI, 21 fevral. TELEQRAF

Hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinə baxmayaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşlar cədvələ uyğun şəkildə həyata keçirilir.

Teleqraf xəbər verir ki, bu barədə hava limanından məlumat verilib.

Məlumata görə, uçuşların təhlükəsiz və fasiləsiz icrasını təmin etmək məqsədilə bütün zəruri tədbirlər görülməkdədir.

Uçuş-enmə zolaqları və sürmə yolları mütəmadi olaraq xüsusi texnika vasitəsilə təmizlənir və buzlanmaya qarşı xüsusi maddələrlə emal edilir. Bundan əlavə, hava gəmilərinin buzlanmadan qorunması üçün "de-icing" (buzdan təmizləmə) prosedurları tətbiq olunur.