
ASTARA, 21 fevral. TELEQRAF
Astarada yanğın zamanı ölən uşaqların və xəsarət alanların kimliyi məlum olub.
Onlar bacı və qardaş - 7 yaşlı Məmmədov Kənan Xətai oğlu və 4 yaşlı Məmmədzadə Zeynəb Xətai qızıdır.
Yanğın zamanı 25 yaşlı Rəfiqə Mirzəyeva və 30 yaşlı Xətai Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
***
00:42
Astarada evdə baş verən yanğın nəticəsində Barzubamd kənd sakinin 1965-ci il təvəllüdlü İmaməddin Xanağa oğlu Məmmədov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Teleqraf xəbər verir ki, o, Lənkəran Rayonu Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda reanimasiya şöbəsində yerləşdirilmiş İ.Məmmədovun müalicəsi davam etdirilir.
Xatırladaq ki, yanğın hadisəsi Kijəbə ərazi vahidliyinə daxil olan Burzubənd kəndində baş verib. Hadisə nəticəsində iki aşyaşlı uşaq həlak olub.
Bildirək ki, İ.Məmmədov yanğın zamanı həyatlarını itirən 2 azyaşlının babasıdır.
***
00:18.
Astarada evdə baş verən yanğın nəticəsində iki azyaşlı uşaq yanaraq ölüb.
Teleqraf xəbər verir ki, hadisə gecə saatlarında rayonun Kijəbə qəsəbəsi ərazisində baş verib.
Fərdi yaşayış evində ortaya çıxan yanğın zamanı iki azyaşlı ölüb.
Hazırda meyitlər ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma davam etdirilir.