
BAKI, 21 fevral. TELEQRAF
Basketbol üzrə Azərbaycan milli komandası dünya çempionatı-2027-nin seçmə mərhələsində növbəti oyununu keçirib.
Teleqraf xəbər verir ki, A qrupunda mübarizə aparan milli komanda səfərdə Kosovo yığması ilə qarşılaşıb. Matç 81:79 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv seçmə mərhələdə keçirdiyi 5 oyunun 4-də məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, qrupda axırıncı pillədə qərarlaşan Azərbaycan yığması seçmə mərhələdə son oyununu fevralın 23-də Bakıda İrlandiyaya qarşı keçirəcək.