
BAKI, 18 fevral. TELEQRAF
"Neftçi"nin keçmiş prezidenti Orxan Hüseynzadə Türkiyənin "Qalatasaray" klubunun UEFA Avropa Liqasının pley-off mərhələsindəki cavab oyununa təyinat alıb.
Teleqraf xəbər verir ki, Hüseynzadə "sarı-qırmızılar"ın fevralın 20-də Niderland təmsilçisi AZ ilə görüşündə UEFA nümayəndəsi olacaq.
Qarşılaşma İstanbul şəhərində yerləşən “Ali Sami Yen” stadionunda keçiriləcək. "Qalatasaray" Niderlandda baş tutan ilk görüşdə 1:4 hesabı ilə uduzub.
Qeyd edək ki, Orxan Hüseynzadə 2017-2018-ci illərdə “Neftçi”nin prezidenti olub.