BAKI, 17 fevral. TELEQRAF

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Yunus Akgün karyerasını Portuqaliyada davam etdirə bilər.

Teleqraf "Habertürk"ə istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi "Portu"nun maraq dairəsinə düşüb. "Əjdahalar" Türkiyə millisinin üzvünün müqaviləsində olan 14 milyon avroluq sərbəstqalma bəndini aktivləşdirməyi planlaşdırır.

"Cim-Bom" Akgünlə yeni müqavilə bağlayaraq, heyətində saxlamaq niyyətindədir.

Qeyd edək ki, Yunus Akgünün "Qalatasaray"la hazırki sözləşməsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub. O, cari mövsüm ərzində meydana çıxdığı 30 oyunda 11 qol və 6 məhsuldar ötürmə müəllifi olub.