Fransa xarici işlər naziri Ketrin Kolonna Ermənistana gəlir.

Teleqraf.com xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

“Kiyevdən dönüş, istiqamət: Ermənistan”, - Kolonna bildirib.

Nazir Fransanın İrəvanda hərbi attaşesinin olacağını, həmçinin sərhəd bölgəsində yerləşən Zəngəzurda konsulluq açacağını bəyan edib.