Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan İranın iqtisadiyyat və maliyyə naziri Ehsan Xanduzinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Teleqraf.com xəbər verir ki, Qriqoryan hökumət adından dost İranla əlaqələri inkişaf etdirməyə hazır olduğunu vurğulayıb.
Həmsöhbətlər iki ölkə arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. Bu çərçivədə ticarətin artımının təşviqi, eləcə də gömrük və sərhəd nəzarəti prosedurlarının sadələşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Avrasiya Birliyi çərçivəsində İranla əməkdaşlığın dərinləşdirilməsi üçün mövcud potensialın reallaşdırılması imkanlarına da toxunulub.
Ermənistan baş nazirinin müavini və İran naziri həmçinin iki ölkə arasında enerji və infrastrukturun inkişafı sahəsində əməkdaşlığın mövcud potensialı barədə danışıblar.