Ermənistan polisi İrəvanda hakim “Vətəndaş Müqaviləsi” partiyasının qərargahı önündə aksiya keçirən radikal müxalifətin üzvlərini saxlayıb.

Teleqraf.com xəbər verir ki, “Şərəfim var" fraksiyasının rəhbəri Artur Vanetsyanın tərəfdarları partiyadaşlarının saxlanılma səbəbini aydınlaşdırmaq üçün iqtidar partiyasının qərargahı önünə gəlib.

Ermənistan polisi İrəvanda hakim “Vətəndaş Müqaviləsi” partiyasının qərargahı önündə keçirilən aksiyada 11 nəfərin saxlanıldığını açıqlayıb.

Ermənistanda paytaxt İrəvan da daxil olmaqla, bir sıra şəhərlərdə Baş nazir Nikol Paşinyan və onun komandasının istefası tələbi ilə aksiyalar keçirilir.