Ermənistanın Şirak vilayətinin Bavra kəndindən 19 km şimal-şərqdə 3,5 gücündə zəlzələ olub.

Teleqraf.com xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyi yayıb.

Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Qeyd edək ki, zəlzələ olan ərazi Ermənistan-Gürcüstan sərhədinin yaxınlığında yerləşir.