BAKI, 21 iyul. TELEQRAF
“Daha çox praktik yönümlü dərslərə üstünlük verilməsi planlaşdırılır. Əmək bazarının tələbləri nəzərə alınaraq işəgötürənlərin məzunlardan gözlədiyi kompetensiyalar komissiyada yenidən qiymətləndirilib. Həmin kompetensiyalara uyğun olaraq təhsil proqramlarında daha çox tətbiqyönümlü fənlərə üstünlük verilib”.
Bu fikirləri Teleqraf-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin əməkdaşı İlkin Məmmədov deyib.
Onun sözlərinə görə, yeni təlim metodologiyaları və dərslərin keçirilməsi üsulları ilə bağlı da təhsil proqramlarına əlavələr edilib.
“Xüsusilə peşə təhsil pilləsində ixtisaslar azalacaq. Bunun səbəbi ixtisar deyil, əmək bazarı ilə uyğunlaşmadır. Ali təhsildə ixtisas təsnifatı ötən ilin dekabrında yeniləndiyi üçün hazırda əsaslı dəyişiklik nəzərdə tutulmur”, – İ.Məmmədov bildirib.