BAKI, 1 may. TELEQRAF
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən (DİM) Teleqraf-a verilən məlumata görə, bu imtahanda iştirakı nəzərdə tutulan 49701 nəfərdən 326 nəfər imtahana gəlməyib.
Tələb olunan imtahan qaydalarını pozduğu üçün 6 nəfər imtahandan xaric olunub.