Qadınların təhsili çox vacibdir, çünki bu növbəti 10 illikdə olan təhsil sisteminə təsir edir.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfransda deyib.

O bildirib ki, indiki təhsil sistemi də 20-25 il bundan əvvəlin nəticəsidir.

"Təhsilli anaların övladlarının nailiyyətləri daha yüksək səviyyədədir. Təhsilli anaların sayının artması həm də təhsilli uşaqların sayının artması deməkdir. Uşaqların tərbiyəsi prosesində ailələrin rolu məktəbdən çoxdur. Əsas məsələ ailənin öz övladına ötürdüyü dəyərlərdir. Valideynlərin öz məsuliyyətini dərk etməsi, məktəblə, müəllimlə brigə işləyərək gənc nəslin inkişafına töhfə verməsi çox əhəmiyyətlidir. Evdə olan kitabların sayı, valideynlərin kitab oxumağa münasibəti, uşağın tədris prosesi ilə maraqlanması, mövcud problemlərlə bağlı müzakirə etməsi valideynin öhdəliyindədir. Bu sadə əməllərin icrası uşağın inkişafına təlim-tərbiyəsinə təsir edən vacib prosesdir", - o vurğulayıb.