BAKI, 28 aprel. TELEQRAF

“Məktəb şagirdlər üçündür və onlar məktəbə gələrək təhsil almalıdırlar”.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında Teleqraf-ın sualına cavab olaraq deyib.

O bildirib ki, bəzi ucqar yaşayış məntəqələrində müəllim təminatı ilə bağlı çətinliklər var. Bu səbəbdən həmin ərazilərdə tədrisin keyfiyyətini təmin etmək üçün müəyyən hallarda distant təhsillə bağlı qərarlar qəbul edilir.

Agentlik direktoru əlavə edib ki, şagirdlərin təhlükəsizliyi məqsədilə distant təhsilə keçid məsələsi subyektiv yanaşmadır.