Ukraynanın Donetsk vilayətində separatçı qüvvələr uşaqlarla dolu avtobusu ələ keçiriblər.

Teleqraf.com-un UNİAN-a istinadən əldə etdiyi məlumata görə, kimsəsiz uşaqlar Dneprepetrovska istirahətə gedirmişlər. Terrorçular uşaqları Snejnoye şəhəri yaxınlığında girov götürüblər.

Avtobus terrorçuların Snejnoye yaxınlığında qurulmuş blokpostunda dayandırılıb.

“Donetsk Xalq Respublikası”nın döyüşçüləri avtobusu müşayiəti edən polis maşınlarının qarşısını kəsiblər və milisionerlərdən mobil telefonları alıblar.

Hazırda girov götürülən uşaqların taleyi və olduğu yer məlum deyil. Donetskin rəsmi hüquq-mühafizə strukturları hadisənin təfərrüatlarını aydınlaşdırmağa çalışırlar.

Nail Cəlil