BAKI, 13 mart. TELEQRAF
İraqın Mahmur şəhərində yerləşən fransız hərbi bazasına edilən hücum nəticəsində altı fransız hərbçisi yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə yerli "Sabereen News" nəşri məlumat yayıb.
Məlumata görə, hücum Mahmur şəhərində yerləşən Fransa hərbi bazasını hədəf alıb. Hadisə nəticəsində altı fransız hərbçisi xəsarət alıb.
Hücumun detalları və hadisənin hansı şəraitdə baş verdiyi barədə əlavə məlumat verilməyib.