BAKI, 13 mart. TELEQRAF

Almaniyanın Baden-Vürtemberq federal əyalətinin parlamentinin deputatı Sara Şvaytser ölkədə yenotların ovuna görə pul mükafatı verilməsini təklif edib.

Teleqraf xəbər verir ki, deputat bu barədə “Bild” qəzetinə müsahibəsində danışıb.

Şvaytser Almaniyada yenotların ilboyu ovuna icazə verilməsini, bütün ölkə ərazisində gecəgörmə cihazlarından istifadə edilməsini və onların ovlanmasına görə mükafat tətbiq olunmasını təklif edib.

Onun sözlərinə görə, yenotların Almaniyada sürətlə çoxalması “ekoloji fəlakət” xarakteri alıb.

Deputat bildirib ki, son illər bu heyvanların sayı xeyli artıb və onlar digər heyvan və quş növlərinin yaşaması üçün təhlükə yaradır.

Xatırladaq ki, daha əvvəl Avropa meşələrində vaxtilə yoxa çıxdığı hesab edilən vəhşi meşə pişiklərinin yenidən müşahidə olunduğu barədə məlumat yayılmışdı.