BAKI, 13 mart. TELEQRAF
ABŞ faktiki olaraq Rusiya nefti olmadan qlobal enerji bazarının sabit qala bilməyəcəyini etiraf edir.
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev bildirib.
Onun sözlərinə görə, hazırda artan enerji böhranı fonunda Rusiya enerji daşıyıcılarına tətbiq olunan məhdudiyyətlərin daha da yumşaldılması qaçılmaz görünür.
Dmitriyev qeyd edib ki, enerji bazarında sabitliyin təmin olunması üçün Rusiya neftinin qlobal tədarükdə rolu mühüm olaraq qalır.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi martın 12-dək gəmilərə yüklənmiş Rusiya mənşəli neft və neft məhsullarının satış əməliyyatlarına tətbiq olunan sanksiyaları müvəqqəti ləğv edib.