BAKI, 13 mart. TELEQRAF
Çin ABŞ-ni Tayvana silah satışını dayandırmağa və Pekin-Vaşinqton münasibətlərinin sabit inkişafını təmin etmək üçün konkret addımlar atmağa çağırıb.
Teleqraf xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Siakun bu açıqlamanı brifinqdə ABŞ Prezidenti Donald Trampın bu ayın sonunda Pekinə səfərindən sonra Tayvanla böyük həcmdə silah satışını nəzərdə tutan müqavilə bağlaya biləcəyi ilə bağlı “Reuters”in məlumatını şərh edərkən verib.
“Amerika Birləşmiş Ştatları Vahid Çin prinsipi və üç Çin-ABŞ birgə kommunikesinə ciddi şəkildə riayət etməli, Tayvana silah satışını dayandırmalı və Çin-ABŞ münasibətlərinin sabit inkişafını təmin etmək, Tayvan boğazında sülh və sabitliyi qorumaq üçün konkret tədbirlər görməlidir”, - o bildirib.