BAKI, 13 mart. TELEQRAF
Hörmüz boğazının bağlanması nəticəsində Fars körfəzi ölkələrindəki neft şirkətləri təxminən 15,1 milyard dollar gəlir itkisi ilə üzləşiblər.
Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" yazıb.
Bildirilir ki, Hörmüz boğazının bağlanması daha çox Səudiyyə Ərəbistanına zərbə vurub. Şirkətlər neft ixracında 4,5 milyard dollar gəlir itkisi ilə üzləşıblər.
Qətərin neft və qaz şirkəti olan "Qatar Energy" neft hasilatının dayandırılması səbəbindən martın 2-dən 11-dək təxminən 571 milyon dollar gəlir itirib.
Ekspertlər hesab edirlər ki, büdcə gəlirlərinin 90%-ni neft hasilatından əldə edən İraqın zərəri daha böyükdür. Hörmüz boğazında hərəkətsiz qalan gəmilərdəki neft məhsulları və mayeləşdirilmiş təbii qazın dəyəri 10,7 milyard dollardır. Boğazdan gündəlik orta hesabla 1,2 milyard dollar dəyərində enerji resursları daşınır.