BAKI, 13 mart. TELEQRAF

İranın Bağdaddakı səfiri Məhəmməd Kazım əs-Sadıq İraq tankerlarının Hörmüz boğazından maneəsiz və təhlükəsiz keçə biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, diplomatın sözlərini “Baghdad Today” xəbər portalı yayıb.

“İraq tankerları Hörmüz boğazını sərbəst şəkildə keçə bilər”, - deyə İran səfiri qeyd edib.

Bildirilir ki, əs-Sadıqın bu açıqlamasından təxminən bir gün əvvəl Bəsrə yaxınlığında İraqın ərazi sularında iki tankerə hücum edilib və gəmilərdə güclü yanğın baş verib.

Hadisədən sonra İraqın Limanlar İdarəsi ölkənin dəniz limanlarında yerləşən neft terminallarının fəaliyyətinin müvəqqəti dayandırıldığını açıqlayıb.