BAKI, 13 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp artıq Nobel sülh mükafatını almaq barədə danışmaq istəmir.

Teleqraf xəbər verir ki, bu barədə o, “Washington Examiner” qəzetinə danışıb.

“Bilmirəm. Bununla (Nobel mükafatı almaq barədə - red.) maraqlanmıram. Xeyr. Mən artıq Nobel mükafatı haqda danışmıram”, - Tramp xarici liderlərlə son söhbətlər zamanı mükafatı almaq barədə müzakirə aparıb-aparmadığı ilə bağlı suala belə cavab verib.