BAKI, 13 mart. TELEQRAF

İsrailin şimal bölgəsində hava hücumu təhlükəsi ilə bağlı siqnallar səsləndirilib.

Teleqraf xəbər verir ki, bu barədə "Ynet" xəbər portalı bildirib.

Məlumata əsasən, hava həyəcanı siqnalları Naharriya, Akko, Beyt-ha-Emek və Nes-Ammim yaşayış məntəqələrində eşidilib.

Bundan əlavə, Kiriyat-Bialik, Kiriyat-Motskin və Kiriyat-Yam şəhərlərində də hava hücumu xəbərdarlığı siqnalları aktivləşdirilib.

Bundan əvvəl İsrail Müdafiə Ordusu İran ərazisindən İsrailin şimal istiqamətinə raket buraxılışlarının qeydə alındığını açıqlamışdı.