İraq ordusu ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri ilə birlikdə İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı uğurlu əməliyyat həyata keçirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, döyüşlər zamanı Kərkük yaxınlığındakı 10 kənd terrorçulardan təmizlənib.

Yayılan məlumatlara görə, İraq ordusu son sutka ərzində 250 kilometr ərazini İŞİD-dən geri alıb. Döyüşlər zamanı çoxlu sayda terrorçu öldürülüb.

Samir