Tunisdə qatarın yük maşını ilə toqquşması nəticəsində azı 14 nəfər həlak olub, 70 nəfərdən çox insan isə yaralanıb. Bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

Yol-nəqliyyat hadisəsi Tunis paytaxtından 60 kilometr cənubda yerli vaxtla saat 06:30-da baş verib.

Hadisəni humanitar fəlakət adlandıran nazir Mahmud ben Romdan faciə qurbanlarının sayının artacağını istisna etməyib.