BAKI, 7 oktyabr. TELEQRAF
ABŞ-nin Tennessi ştatında edam cəhdindən sağ çıxan Krista Payk özünə gəlib.
Teleqraf xəbər verir ki, bu barədə qadının vəkillərinə istinadən yerli WSMV telekanalı məlumat yayıb.
Bildirilir ki, Payk hazırda şüurludur, danışa bilir və tibbi yardım almağa davam edir.
Sentyabrın 30-da Neşvill həbsxanasında Payka ölümcül inyeksiyanın iki dozası vurulsa da, hökmün icrası baş tutmayıb və məhkum sağ qalıb. Prosedur zamanı yeddi iynədən istifadə edildiyi bildirilir.
Vəkillər daha əvvəl Paykın trombositoz xəstəliyindən əziyyət çəkdiyini və preparatların yeridilməsinin qan laxtalarının yaranmasına, eləcə də əlavə əzablara səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdilər.
Payk 200 ildən artıq müddətdə Tennessi ştatında edam edilən ilk qadın olmalı idi. Uğursuz edam cəhdindən sonra ştatın qubernatoru Bill Li hadisənin araşdırılması barədə göstəriş verib və 2026-cı ildə keçirilməsi nəzərdə tutulan daha bir edamın icrasını ləğv edib.