BAKI, 24 sentyabr. TELEQRAF
Çin Xalq Azadlıq Ordusu və ABŞ Silahlı Qüvvələri dialoqu gücləndirməli və böhranın idarə edilməsi metodlarını optimallaşdırmalıdırlar.
Teleqraf xəbər verir ki, bunu Çin Prezidenti Si Cinpin ABŞ Prezidenti Donald Trampla danışıqlardan əvvəl Ağ Evdə bildirib.
Si Cinpin deyib: "Çin və ABŞ münaqişə və qarşıdurmaya yol verməmək prinsipinə riayət etməlidirlər və biz iki böyük ölkə olaraq evimiz saydığımız bu planetdə birgə yaşaması üçün doğru yolu mütləq tapa bilərik. Hərbçilərimiz müntəzəm dialoq aparmalı və böhran kommunikasiyasını və böhranların qarşısının alınması mexanizmlərini təkmilləşdirməlidirlər".