BAKI, 22 sentyabr. TELEQRAF

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü, Xarici İşlər Departamentinin rəhbəri İqnazio Kassis ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.

Görüşdə Azərbaycan-İsveçrə münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər müntəzəm siyasi dialoqun davam etdirilməsinin və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər, həmçinin ATƏT çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə davamlı qarşılıqlı əlaqənin və konstruktiv beynəlxalq əməkdaşlığın əhəmiyyəti qeyd olunub.