BAKI, 22 sentyabr. TELEQRAF

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan magistral avtomobil yolunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.

İlkin məlunata görə, 1985-ci il təvəllüdlü Mirdamət Xaliqovu təcili yardım maşını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Mərhum Şirvan şəhər sakinidir. O, avtomobili yol kənarında saxlayaraq yolu qarşı tərəfə keçmək istəyib. Qəza yerinə yol-polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.