Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) ölkənin nüvə fəaliyyətinə müdaxilə etmək səlahiyyəti yoxdur.
Teleqraf xəbər verir ki, o bu barədə MAQATE-nin Baş Konfransının 70-ci sessiyasında Şimali Koreya ilə bağlı qəbul edilən qətnaməni şərh edərkən deyib.
Onun sözlərinə görə, Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxmış və uzun illər əvvəl BAEA-dan ayrılmış KXDR-in nüvə fəaliyyəti agentliyin yurisdiksiyasına daxil deyil:
"Şimali Koreya Nüvə Silahlarının Yayılmaması Müqaviləsi xaricində olan və on illər əvvəl BAEA-dan qanuni olaraq çıxmış bir dövlət olaraq nüvə fəaliyyətini agentliyin yurisdiksiyasından kənarda həyata keçirir. BAEA-nın bu məsələyə müdaxilə etmək səlahiyyəti və ya hüququ yoxdur".
Kim Yo Conq BAEA-nın Baş Konfransında qəbul edilən qətnaməni də tənqid edib və Pxenyanın bu cür sənədləri tanımadığını vurğulayıb:
"Həmin qətnamələr Şimali Koreyanın nüvə statusuna təsir göstərə bilməz. Beynəlxalq Atom Enerjisi Agentliyi faktiki olaraq Amerika atom enerjisi agentliyinə çevrilib. Qurumun bu yanaşması beynəlxalq nüvə silahlarının yayılmaması rejimini sarsıdır".