BAKI, 19 sentyabr. TELEQRAF

Türkiyə Bank Nəzarəti və Tənzimləmə İdarəsi (BDDK) İran Bank Mellat və onun İstanbul filialının lisenziyasını ləğv edib.

Teleqraf xəbər verir ki, qərar tənzimləyicinin saytında dərc edilib.

Qərar ölkənin bank qanunvericiliyinin 71-ci maddəsinə əsasən qəbul edilib. Sənəddə bildirilir ki, bankın fəaliyyətini davam etdirməsi əmanətçilər və ya ölkənin maliyyə sistemi üçün risk yaratdığı təqdirdə, onun lisenziyasının ləğvinə imkan verir.