BAKI, 19 sentyabr. TELEQRAF
Xəzər dənizinin Qazaxıstan sektorundakı Əl-Fərabi yatağında "KazMunayGaz" (KMG) və Rusiyanın "Lukoil" şirkətləri tərəfindən həyata keçirilən birgə neft kəşfiyyatı layihəsi hazırda dayandırılıb, lakin layihədən çıxmaq barədə heç bir qərar qəbul edilməyib.
Teleqraf xəbər verir ki, bu barədə "KazMunayGaz"ın mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidməti bildirib ki, layihə hazırda kəşfiyyat mərhələsindədir. Əl-Fərabi layihəsindən çıxmaqla bağlı heç bir korporativ qərar qəbul edilməyib. "Lukoil"a tətbiq edilən sanksiyalar səbəbindən istehsal fəaliyyəti hazırda dayandırılıb.
Qeyd edək ki, Əl-Fərabi yatağı Xəzər dənizinin Qazaxıstan sektorunda yerləşir. Sahilə qədər məsafə təxminən 130 km, dərinliyi isə 300 metrdən 600 metrə qədərdir.