BAKI, 19 sentyabr. TELEQRAF

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Rusiyadakı ofisinin rəhbəri Oleq Kobyakov bildirib ki, 2030-cu ilə qədər aclığın aradan qaldırılması qeyri-realdır.

Teleqraf xəbər verir ki, o, bu barədə "RİA Novosti"yə müsahibəsində deyib.

O xatırladıb ki, BMT Baş Assambleyası bu məqsədi 2015-ci ildə Davamlı İnkişaf Məqsədlərindən biri kimi müəyyən edib.

Oleq Kobyakov qeyd edib ki, BMT Baş Assambleyasının bəşəriyyət üçün 2030-cu ilə qədər aclığı aradan qaldırmaq məqsədi qoyduğunu xatırlasaq, bu məqsədə hazırda əlçatmaz olduğu aydındır: "Ən azından, hazırkı tempimizlə bu, əlçatmazdır".

O vurğulayıb ki, qlobal aclığın miqyası azalır: "Mövcud tendensiyalar davam edərsə, 2030-cu ilə qədər dünyada təxminən 512 milyon insan aclıq çəkəcək. BMT 2015-ci ildə dünyada aclıq çəkən insanların sayının 690 milyon olduğunu, onların əksəriyyətinin Asiyada olduğunu təxmin etdi".