BAKI, 19 sentyabr. TELEQRAF

Amerika Birləşmiş Ştatları yalnız birbaşa hərbi çəkindirmə dilinə qulaq asır və Rusiyaya qarşı sanksiyaları sərtləşdirən yeni Amerika qanunu kimi addımlara belə cavab verməlidir.

Teleqraf xəbər verir ki, bu fikri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün "Telegram" kanalında yazıb.

Medvedev yazıb ki, hətta xaricdə belə, onlar yalnız birbaşa hərbi çəkindirmə dilini eşidirlər və biz "Ölü Terrorçu Qrem Qanunu" kimi rusofob iyrəncliklərə belə cavab verməliyik".