BAKI, 18 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bu gecə Konqres tərəfindən Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qəbul edilmiş qanun layihəsini imzalaya bilər.
Teleqraf xəbər verir ki, bu barədə "The Hill" qəzeti Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Tramp dərc olunmuş iş cədvəlində sənədləri saat 16:30-da (Bakı vaxtı ilə saat 00:30) imzalayacağı bildirilir, lakin hansı sənədlərin imzalanacağı dəqiqləşdirilmir.
ABŞ qanunvericiləri əvvəllər Rusiyanın yüksək siyasi və hərbi rəhbərliyinə, dövlət şirkətlərinə məhdudiyyətlər və Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaları əhatə edən təşəbbüsü təsdiqləmişdilər. Qanun layihəsinə əsasən, ABŞ Rusiya neft və qazının əsas alıcıları olan ölkələrə 100% tarif tətbiq edə bilər. Bundan əlavə, İrana qarşı sanksiyaların sərtləşdirilməsi tədbirləri nəzərdə tutulur.