SUMQAYIT, 18 sentyabr. TELEQRAF
Sumqayıtda yol-nəqliyyat hadisəsi zamanı azyaşlı ölüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Yaşıldərə yaşayış massivində baş verib.
Hərəkətdə olan 39 nömrəli marşrut avtobusu 2022-ci il təvəllüdlü Turan Həsənlini vurub. Nəticədə 4 yaşlı uşaq aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.