BAKI, 17 sentyabr. TELEQRAF
Ağ Ev İranla postmüharibə dövrü üzrə strategiya üzərində işləyir.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" öz mənbələrinə istinadən məlumat verib.
Bildirilir ki, planlar hələ ilkin mərhələdədir və ABŞ Donald Trampın prezidentliyinin son iki ilində İranla müharibənin bitməsindən sonra Yaxın Şərqə yanaşmasını müəyyənləşdirməyə çalışır. Portalda vurğulanıb ki, Tramp gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyasında İsrailin Baş naziri Benyamin Netanyahu ilə regiondakı vəziyyəti müzakirə etmək niyyətindədir.