BAKI, 18 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Venesuelanın prezident səlahiyyətlərini icra edən Delsi Rodrigeslə ilk dəfə görüşməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda baş tuta bilər.
Mənbə bildirib ki, Tramp gələn həftə Rodrigeslə görüş üçün vaxt ayırmaq istəyir. Bununla belə, görüşün keçirilməsi ilə bağlı yekun qərar hələ qəbul edilməyib və məsələ ABŞ Prezidentinin qərarından asılıdır.
“Axios”un məlumatına görə, Trampın ətrafındakı bəzi şəxslər belə bir görüşün Rodrigesin Venesueladakı mövqeyinə mənfi təsir göstərə biləcəyindən ehtiyat edirlər. Bildirilir ki, Tramp bu narahatlığı bölüşmür.
BMT-nin rəsmi məlumatına əsasən, Baş Assambleyanın 81-ci sessiyasının yüksək səviyyəli ümumi müzakirələri sentyabrın 22-26-da və 28-də Nyu-Yorkda keçiriləcək.